İTALİYA VİVİPHARMA ŞİRKƏTİNİN RƏSMİ DİSTRİBYUTORU

Bazar e.-Şənbə 9.00-dan 21.00-dək Tel: (012)-555-15-16 /Mob: (070)-200-92-82        AZ/RU/EN

RAYCOMB - baş dərisi və saç üçün müalicəvi daraq

İ İstifadə qaydası :
Həftədə 3 dəfə istifadə etməklə saç tökülməsinin qarşısı alınır, yeni saçların əmələ gəlməsini stimulyasiya edir, saçlar daha intensiv uzanır, saç teli qalın və dözümlü olur.

TƏSİRİ:
- Saç tökülməsinin qarşısını alır
- Yeni saçların əmələ gəlməsini stimulyasiya edir
- Saçların uzanmasını təmin edir
- Kəpək eleyhinə və seboreya əleyhinə təsir edir


Vivipharma spA İtaliya Raycomb innovativ daraq - fizioloji saç inkişafını təmin edir. Darağın qeyri-adi imkanları üç fərqli funkisyalarının birgə fəaliyyətindən irəli gəlir:
- Fotobiomodulyasiya
- Mikrovibromassaj
- İonizasiya və ya akupressura

Daraq müstəqil və ya hər hansı müalicə protokolunda saç problemlərinin həlli ücün ideal vasitədir. Portativ və istifadə qaydası rahat olması nəticəsində Raycomb həm ev şəraitində, həm də həkim kabinetlərində yerli müalicə vasitələrinin yeridilməsi üçün tətbiqini mümkün edir. Darağın üzərindəki xüsusi konteynerə losyon, tonik, mezokokteyllər və s. yerləşdirməklə bu məhlulların tərkibindəki maddələrin bioaktiv nöqtələrə daha effektiv catdırılması təmin edilir. Həftədə 3 dəfə istifadə etməklə saç tökülməsinin qarşısı alınır, yeni saçların əmələ gəlməsini stimulyasiya edir, saçlar daha intensiv uzanır, saç teli qalın və dözümlü olur.

Fotobiomodulyasiya

Tonikin tərkibindəki adenozin saç follikullarının endotelisinin boy faktorları olan FGF7 və VEGF-i stimullaşdıraraq təbii saç artımını təmin edir. Hematit dəmir-katalaza fermentini aktivləşdirərək hüceyrələrin oksigenasiyasını artırır və hüceyrədaxili metabolizmi aktivləşdirir. Fitovitamin kompleksi baş dərisini qidalandırır və turşu-qələvi balansını tənzimləyir.üç fərqli rəngdə işıq şuası vasitəsi ilə baş dərisinə və saç köklərinə təsir edərək hüceyrə səviyyəsində bir sıra fotokimyəvi reaksiyalar zənciri işə salınır. Beləliklə, zədələnmiş hüceyrələrin enerji potensialı artaraq normal fəaliyyətə dönmələri mümkün olur, aparılan müalicəvi tədbirlərin effektivliyini artırır.
1.Bənövşəyi işıq – qırmızı və göy rənglərin kombinasiyasından yaranan bu işıq diodu yerli immuniteti gücləndirərək antimikrob təsiri göstərir. Dermatozlarda, həssas və qıçıqlanmış baş dərisi problemləri ücün uyğundur.
2.Mavi işıq – sebum sekresiyasını tənzimləyir, limfatik sistemi stimulyasiya edir, qıcıqlanmanı aradan qaldırır.
3.Qırmızı işıq – hüceyrə daxili enerji mənbəyi olan ATF sintezini artırır, qan dövranını gücləndirir. Saç tökülməsinin qarşısını alır və fizioloji saç artımını təmin edir.

Mikrovibromassaj

baş dərisinin hissi reseptorlarını aktivləşdirərək yerli qan dövranını artırır, saç köklərinə qidalı maddələrin və oksigenin catdırılmasını gücləndirir. Kəllə əzələlərinin gərginliyini və damar spazmını aradan qaldırmaqla ən kiçik qan damarlarında belə qanın rahat sirkulyasiyasını təmin edir.

Müsbət/mənfi ion funksiyası

bioaktiv nöqtələri (akkupunktur) stimulyasiya edərək kəllə nahiyəsində energetik blokları aradan qaldırır, ağrıkəsici təsir göstərir. Limfodrenajı aktivləşdirməklə toksinlərin xaric olmasını və azad radikalların neytrallaşmasını təmin edir. Hüceyrə membranında elektrostatik tarazlığı bərpa edir.

Nə ucun Raycomb istifadə edilməlidir:

Hər bir saç telinin aktiv inkişaf dövrü (anagen faza) 2-6 il təşkil edir. Bu fazadan sonra digər iki və daha qısa müddətli fazalar – katagen (3-4 həftə) və telogen fazası (3-4 ay) gəlir ki, bu da sonunda saç telinin düşməsi və onun yenisi ilə əvəz olunması ilə nəticələnir. Hər bir saç teli gündə ≈0.3mm (0.1-0.4mm) uzanır və bu prossesin həyata keçməsi ücün saç kökünün qida maddələri və enerjiyə ehtiyacı vardır. Lakin müxtəlif səbəblərdən (genetik, hormonal, stress, mövsüm, qidalanma tərzi və s.) hər yeni tsiklda saç kökləri daha zəif və cansız saç teli yetışdirir, saçlar daha intensiv tökülür. Son tədqiqatlar nəticəsində sübut olunmuşdur ki, androgenetik alopesiyanın (genetik və ya irsi keçəlləşmə) manifestasiyası ücün əsas səbəb mikrosirkulyator pozğunluqlardır. Yerli qan dövranı pozğunluqları follikuların daha ərkən telogen fazasına keçməsinə və növbəti anagen fazasının keyfiyyətinə mənfi təsir edir. Beləliklə Raycomb coxfunksiyalı daraq vasitəsi ilə əzələ-dəri strukturları arasında gərginlik aradan qalxır, yerli qan dövranı güclənir. Toxumaların oksigen təhcizatı artır. Saç artımı stimullaşdırılır, saç əkimi və PRP terapiyasından sonrakı dövürdə sağalma tezləşir.

Bütün Məhsullar

Aşağıda istənilən məhsulun üzərinə tıklayaraq ətraflı məlumat alın.

Saç Tökülməsi Əleyhinə

Yeni saç əmələ gəlməsinin stimulyasiyası.

Yağlı və Quru Kəpəklənmə

İlk istifadədən kəpəyi aradan qaldırır.

Yağlı Seboreya

Sebum sekresiyasının tənzimlənməsi.

Kollagen Müalicəsi

Həssas və quru dəri üçün.

Piqment Qoruyucusu

Təbii saçlarda parlaqlıq.

Keratin Müdafiəsi

Qidalandırır,nəmləndirir,bərpa edir.

Neytral Şampun

Hər növ saçlara uyğun.

Bərpaedici Müalicə

Zəif və cansız saçlar üçün.

Hamarlaşdırıcı Krem

Quru və solğun saçlar üçün.